İranda növbəti edam!

15 İyun 2012 20:11 (UTC+04:00)
Narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan Iran vətəndaşı İsfahan şəhərinin mərkəzi həbsxanasında dara çəkilib. Ötən il məhkumun üzərində 9 kiloqram 950 qram narkotik maddə tutulub. İsfahan vilayətinə bağlı Şəhriza şəhərinin İnqilab Məhkəməsi məhbusu edam cəzasına məhkum edib. Məhkumun əfvlə bağlı müraciəti rədd edildikdən və hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra edam iyunun 14-də səhər saatlarında icra olunub.