Göygöl rayonunda hərbi sursat tapılıb

15 İyun 2012 14:07 (UTC+04:00)
Göygöl rayonunda hərbi sursat tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində 2 ədəd qumbara aşkarlanıb.

Qumbaralar Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) təhvil verilib.