Hərbi hissədə yanğın hadisəsi baş verib
15 İyun 2012 13:08 (UTC+04:00)
Bakının Xəzər rayonunda yerləşən hərbi hissədə yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin ərazisində 3 hektar sahədə quru ot yanıb. Yaxınlıqdakı sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.