Dəmir yol xəttində 10 ədəd şpal yanıb

15 İyun 2012 13:07 (UTC+04:00)
Hacıqabul şəhərində dəmir yol xəttində yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dəmir yol xəttində 10 ədəd şpal yanıb.

Dəmir yol xəttinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.