\"Planet\" marketində yanğın baş verib

14 İyun 2012 18:22 (UTC+04:00)
Bakı şəhəri, Səbail rayonu Puşkin küçəsində yanğın hadisəsi baş verib. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə həmin adı çəkilən küçədəki \"Planet\" adlı marketdə qeydə alınıb.

Təxmini olaraq marketin 150-200 kavdrat metrlik hissəsi yanaraq külə dönüb. Dərhal hadisə yerinə Səbail rayonun Yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri müəyyənıəşdirilir.