Qəbələ RLS-lə bağlı danışıqlar yekunlaşır

14 İyun 2012 15:04 (UTC+04:00)

"Qəbələ RLS-lə bağlı danışıqlar davam edir". SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT sədri Eymon Gilmorla birgə keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, hazırda danışıqların davam etməsi səbəbindən nəticələr barədə danışmaq hələlik tezdir: "Yəqin ki, danışıqlar ilin sonuna qədər yekunlaşacaq. O zaman nəticələr barədə danışmaq olar".

Qeyd edək ki, Azərbaycan tərəfdən danışıqları aparan komissiyaya baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir.