WTI markalı neft yenidən ucuzlaşıb

14 İyun 2012 09:28 (UTC+04:00)
İyunun 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,70 dollar və ya 0,8% azalaraq 1 barelə görə 82,62 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar və ya 0,01% azalaraq 97,13 dollar olub.