Bu gün Azərbaycanda yay turizm mövsümü başlayır

13 İyun 2012 13:20 (UTC+04:00)

Bu gün Azərbaycanda yay turizm mövsümü açılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ildə turizm mövsümünün başlaması ilə bağlı dövlət və hökumət rəsmilərinin, Azərbaycanda akkreditə olunmuş səfirlərin, mehmanxana və turizm şirkətləri nümayəndələrinin iştirakı ilə bu gün "Jumeirah Bilgah Beach" mehmanxanasında yay turizm mövsümünün açılışı keçiriləcək.


Tədbir çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəsmi açılış nitqi, www.azerbaijan.travel saytının təqdimatı, "American hotel and lodging education institute" tərəfindən hazırlanmış təlimçilərə sertifikatların təqdim olunması, ziyafətin və konsert proqramının təşkili, həmçinin "Time Out" bələdçi kitabı və "Problemsiz səyahət et" kitabçasının paylanması nəzərdə tutulur.