Ziya Məmmədov: “Nəqliyyatın intellektual idarəedilməsi mexanizmi tam gücü ilə işləyir”

13 İyun 2012 13:35 (UTC+04:00)

\"Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən şəhərdə quraşdırılmış nəqliyyatın intellektual idarəedilməsi mexanizmi tam gücü ilə işləyir\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib. Onun sözlərinə görə, ola bilər ki, bəzi dayanacaqlarda bu mexanizm göstərməsin:


"Amma buna baxmayaraq bu o demək deyil ki, bu mexanizm ümumilikdə işləmir. Bu həmçinin bəzi sistemlərin işlərin gedişi ilə bağlı adı çəkilən prosesə qoşulmaması ilə bağlıdır. Əksər yerlərdə bu mexanizm tam gücü ilə işləyir. Buna baxmayaraq bəzi insanlarımız yetərincə məlumatlı olmadığına görə, bu sistemdən istifadə edə bilmirlər. Bununla belə sürücülər də bu sistemi tam mənimsəməlidirlər. Əgər onlar bundan düzgün istifadə etmirlərsə, bu mexanizmin işlənməməsi anlamına gəlmir. Biz bu haqda dəfələrlə sürücüləri məlumatlandırırıq".