Bakıda üç avtomobil birdən yanıb

13 İyun 2012 13:08 (UTC+04:00)

Azərbaycan paytaxtında 3 avtomobil yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda yaşayış binasının qarşısındakı dayanacaqda dayanmış "Land Rover" markalı minik avtomobilinin yanar hissələri, "Mitsubishi" markalı minik avtomobilinin işıqlandırma sistemi və buferi və "VAZ" markalı minik avtomobilinin sol hissəsinin üzlüyü və yan şüşəsi yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 05:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.