Azərbaycanlı müğənniyə 50 dəfə “səni sevirəm” sözünü kim dedi? – FOTO

13 İyun 2012 10:29 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycan estradasının tanınmış müğənnisi Xatirə İslam paytaxt restoranların birində özünə toy çaldırıb. SİA-nın məlumatına görə, həmkarlarının gəlinlik libaslarından fərqlənən ifaçı xanımın paltarı möhtəşəm görsənirdi. Xatirə xanım sözügedən paltarın 15 min manat dəyərində olduğunu dilə gətirib.

Toyda yadda qalan məqam isə həyat yoldaşı Fəxrəddin bəyin toy zamanı rəngli kağızlara 49 dəfə "səni sevirəm" sözünü yazıb havaya uçurması və 50-ci hərəkətində isə əli ilə "səni sevirəm" göstərməsi zalda oturanların marağına səbəb olub.

Qeyd edək ki, Xatirə İslamın toyunda qohumlarından çox şou-biznes əhli canfəşanlıq edərək xeyli rəqs ediblər.