Qorbaçov həyat yoldaşı Raisanı Andropovla özü görüşdürürmüş - MARAQLI

13 İyun 2012 00:55 (UTC+04:00)

Hazırda Avstraliyada yaşayan və Qərbdə sabahın siyasi hadisələrini bu gündən görmə potensialına malik şəxs kimi dəyərləndirilən İlya Osadçuk "Xvilya" nəşrinin "İlya Osadçukla tarixi faktlar" silsiləsindən növbəti müsabihəsində keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovdan söz açıb. Söhbət siyasətçinin hakimiyyət eşelonunun yüksək qatlarına doğru irəliləməsindən düşəndə Osadçuk bu işdə ona həyat yoldaşı Raisa Maksimovnanın kömək etdiyini vurğulayıb. Əlbəttə, buna kömək demək olarsa.


İ.Osadçuk ötən əsrin 80-ci illərinin hadisələrinə nəzər salarkən həmin vaxt Stavrapol vilayətinin ikinci katibi postunu tutmuş Viktor Kazneçevlə dostluq münasibətlərində olduğunu bildirib. Sonradan Kaznaçevin səhiyyə naziri təyin edildiyini deyən Osadçuk ikinci katib bunadək Osadçuka Qorbaçovun mənəvi anlamda dözülməz sayılan hərəkətə yol verdiyindən danışıb. Əvvəla, M.Qorbaçov hələ sovet dövründə gizli spirt zavoduna malik imiş. İkincisi isə sabiq prezidentin həyat yoldaşı Raisa Maksimovnanın bir vaxtlar SSRİ-yə rəhbərlik etmiş Andropovla yaxın münasibətləri olurmuş və nə qədər qəribə səslənsə də, bu əlaqələr Qorbaçovun özünün vasitəçiliyi ilə baş verirmiş. Osadçukun sözlərinə görə, Qorbaçov Andropovun Pyatiqorska sanatoriyaya dincəlmək üçün gələcəyindən öncədən xəbər tuturmuş. Bu barədə V.Kaznaçevi xəbərdar edirmiş və ondan Raisanı bir həftəlik Andropovun qaldığı yerə aparmağı istəyirmiş ki, rəhbər darıxmasın (?). Təbii ki, Mixailin sonradan daha "irəliyə getməsi" bu şərəfsiz metodun lazımınca işlədiyini təsdiqlədi.


"Yenidənqurma" dövrünün hakimiyyət çevrilişindən danışan Osadçuk bildirib ki, 1991-ci ilin avqustunda "QKÇP"-ni Qorbaçovu özü törədib: "Çevriliş məhz Qorbaçovun özünə lazım idi. Daha doğrusu, onun Qərb tərəfdaşlarına. Bu barədə müsahibələrimdən sonra Raisa Qorbaçova mənim döyəclənməm haqda göstəriş verdi. Məsələ haqqında "doqquzun" rəis müavininin özündən eşitdim. Amma imkan tapmadılar. Sonrakı proseslər onların qurduğu ssenari üzrə getmədi".


Osadçuk müsahibəsində SSRİ rəhbərlərindən olan Çernenkonun ölümü məsələsinə də toxunulub. O, "deyilənlərə görə, Çernenkonun zəhərlənməsi üçün Qorbaçov "KQB"-nin sədri Fedorçuka göstəriş veribmiş. Bu, doğrudur?" sualını belə cavablandırıb: "Fedorçukun Soçidən balıq gətirməsi və Çernenkonun onu yeməsi tarixi faktdır. Doğrudan da, məhz həmin hadisədən sonra Çernenkonun vəziyyəti pisləşdi. Amma bu gün heç kəs deyə bilməz ki, ölümə səbəb məhz balıq oldu".