Argentina - Azərbaycan Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib

12 İyun 2012 16:01 (UTC+04:00)

Argentina Milli Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Azərbaycanla Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dostluq qrupunun sədri vəzifəsində "Union Peronsita" siyasi blokunun deputatı Roberto Mario Mouilleron, sədr müavini vəzifəsində isə "Movimiento de Neuqen" siyasi blokunun prezidenti deputat Alicia Comelli yenidən təsdiq olunmuş və "Justicialista La Pampa" siyasi blokun deputatı Cristina Regazzoli dostluq qrupunun yeni katibi seçilib.

Ümumi sayı 10 nəfərdən ibarət dostluq qrupuna "Frente para la Victoria" iqtidar yönlü siyasi blokun deputatları Guillermo Carmona (həmçinin Deputatlar Palatasında "Xarici əlaqələr və etiqad daimi komissiyası"nın da sədridir) və Alberto Ciampini, "Movimiento de Neuqen" siyasi blokun deputatı Olga Elizabeth Guzman, "Propuesta Republicana" siyasi blokunun prezidenti deputat Federico Pinedo, "Frente Peronista" siyasi blokun deputatı Eduardo Amadeo, "Union Civic Radical" siyasi bolkun deputatları Pedro Omar Molas və Agustin Alberto Portela daxildirlər.

Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanla Dostluq Qrupu Deputatlar Palatasında parlamentin yeni çağırışından sonra tərkibi təsdiq edilmiş ilk dostluq qrupudur.