Sabah Morninqstarın Azərbaycana səfir postuna namizədliyi müzakirə ediləcək

12 İyun 2012 15:07 (UTC+04:00)

Sabah ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Riçard Morninqstarın Azərbaycana səfir postuna namizədliyini müzakirə edəcək. SİA-nın xəbərinə görə, prezident Barak Obama aprelin sonunda Azərbaycandakı səfir postuna ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın namizədliyini irəli sürüb.

Xatırladaq ki, Riçard Morninqstar 2009-cu ilin aprelindən ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışır.

Riçard Morninqstar bakalavr təhsilini Harvard Universitetində, hüquq magistri dərəcəsini isə 1970-ci ildə Stenford Hüquq Məktəbində alıb. O, Feyt Pirs Morninqstarla ailə qurub, 2 oğlu və 2 qızı var.