\"Neftçi\" Türkiyəyə səfər edir

12 İyun 2012 13:49 (UTC+04:00)
Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək \"Neftçi\" təlim məşq toplanışının ilkin mərhələsini keçmək üçün bu gün Türkiyəyə yola düşəcək. Siasport.az saytının məlumatına görə, Bolu şəhərində məskunlaşacaq Flaqman ilk hazırlıq mərhələsini iyun ayının 27-də yekunlaşdıracaq.

Məlumat üçün bildirək ki, hazırlıq ərzində \"Neftçi\" 2-3 yoxlama matçında qüvvəsini sınayacaq. 3 günlük fasilədən sonra isə paytaxt təmsilçisi Avstriyaya yollanacaq. Adıçəkilən ölkədə isə "Neftçi" hazırlığın ikinci mərhələsini keçirəcək.