Cəbhədə vəziyyət hələ də gərgindir

12 İyun 2012 11:35 (UTC+04:00)

Cəbhədə vəziyyət gərgin olaraq qalır. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, Ermənistanın silahlı bölmələri iyunun 11-i saat 08:00-dan bu gün səhər saat 08:00-dək qoşunların təmas xəttinin Göygöl, Daşkəsən, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları istiqamətlərində atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.

Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.