Bədən quruluşunu nümayiş etdirən gənc müğənni-FOTOSESSİYA

12 İyun 2012 10:41 (UTC+04:00)

Şou-biznesə yenicə qoşulan gənc müğənni Elşad artıq kompleksiz olduğunu göstərir. SİA xəbər verir ki, o, yayın ritminə düşərək dəniz kənarında açıq-saçıq fotosessiya etdirib. Kamera qarşısında ideal bədən quruluşunu nümayiş etdirən müğənni buna gündəlik məşqləri nəticəsində nail olduğunu bildirib. Özünü idmansız təsəvvür etməyən Elşad dinləyiciləri tezliklə yeni mahnıları ilə də sevindirəcəyini söyləyib.