“Fəlsəfə Akademiyası” layihəsi yekunlaşdı

12 İyun 2012 09:35 (UTC+04:00)

"İRƏLİ" Gənclik Mərkəzində "İRƏLİ" İctimai Birliyinin təşkil etdiyi "Fəlsəfə Akademiyası"

layihəsinin bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə fəlsəfə elmlər doktoru Mail Yaqub, "Psixologiya və Konsultasiya Mərkəzi"nin rəhbəri Narınc Rüstəmova, mərkəzin təlimlər üzrə meneceri, psixoloq Elnur Rüstəmov, "İRƏLİ" İctimai Birliyinin İdarə heyətinin üzvü Azər Abdullayev və Hikmət Hüseynov iştirak edib.


Tədbirdə ilk olaraq layihə üzrə koordinatorlar Qoşqar Hüseynov və Nuranə Kazımova layihənin

gedişatı haqqında məlumat verib. Daha sonra Azər Abdullayev layihənin qısa müddət ərzində

bu qədər uğur qazanması və "İRƏLİ"nin ən çox diqqət cəlb edən layihələrdən birinə çevrildiyini

bildirib. Hikmət Hüseynov gələcəkdə layihənin davam etdirilməsi təklifini irəli sürüb. Mail

Yaqub da öz növbəsində layihədən məmnun olduğunu qeyd edib. Elnur Rüstəmov və Narınc

Rüstəmova çıxışlarında layihə iştirakçılarının aktivliyini vurğulayıb. Daha sonra psixoloji imtahandan uğurlu nəticə göstərən 7 nəfərə diplom, layihədə iştirak etdiyinə görə 25 nəfərə sertifikat təqdim edilib.


Qeyd edək ki, "Fəlsəfə Akademiyası" layihəsi 26 fevral–30 may 2012-ci il tarixlərində həyata

keçirilib. Layihənin əsas məqsədi gənclərdə fəlsəfi və psixoloji biliklərin təkmilləşdirilməsi,

sağlam düşüncə tərzini öz həyat tərzinə çevirəcək gənclərin yetişdirilməsi olub.