“Səhər” televiziyasının Azərbaycan müxbirinə hökm oxundu

11 İyun 2012 19:09 (UTC+04:00)

Bu gün Binəqədi rayon Məhkəməsində İranın "Səhər" televiziyasının Azərbaycandakı müxbiri Anar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, A.Bayramlı 2 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, A.Bayramlı fevralın 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma daşıma) maddəsi üzrə ittiham olur.