Bu gecə “ölüm qrupu”nun üzvləri qarşılaşacaq

11 İyun 2012 17:51 (UTC+04:00)
Avropada futbol həyəcanı davam edir. Siasport.az saytının məlumatına görə, Ukrayna və Polşanın birlikdə təşkilatçılığı ilə baş tutan Avropa Çempionatının bu gün axşam 4-cü gün oyunları keçiriləcək. Belə ki, ilk olaraq meydana ölüm qrupunun üzvləri Fransa və İngiltərə komandaları daxil olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Xatırladaq ki, komandalar arasında 2004-cü ildə baş tutan görüş 2:1 hesabı ilə Fransanın xeyrinə başa çatmışdı. Bu dəfəki qarşılaşmada hansı nəticənin qeydə alınacağı isə böyük maraqla gözlənilir.

Qeyd edək ki, digər qarşılaşma isə Bakı vaxtı ilə 23:45 Ukrayna və İsveç arasında baş tutacaq.