“Gənclər kuboku” başlayır

11 İyun 2012 17:34 (UTC+04:00)

AFFA və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları arasında "Gənclər kuboku" turnirinə start verilir. Siasport.az saytının məlumatına görə, bu gün AFFA-nın Futbol Akademiyasında turnirin püşkatma mərasimi baş tutub.

Məlumat üçün bildirək ki, 32 komandanın iştirak edəcəyi yarışa iyunun 14-də start veriləcək. Bütün oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Futbol Akademiyasının meydançasında keçiriləcək.

Qeyd edək ki, püşkün nəticəsi belə olub:

"Yeni Yazarlar" – "Gənclər Klubu İB"

"AƏSMA TGT " – "Sector 11"

"İRƏLİ" – "Təfəkkür TGT"

"ALAG" – "EH Azerbaijan"

"BMA TGT" – "İDEA Youth"

"İslahatçı Gənclər" – "Miras"

"Gənclər Turizm İB" – "Siyasi M"

"AGAT" – "ŞAT"

"Doğru Yol İB" – "Dalğa"

"ASAİF" – "AİESEC"

"Gənclik" – "MAA TGT"

"Müsbət Dəyişikliyə Doğru" – "Odlar TGT"

"AU TGT" – "Gənclərin Həmrəyliyinə Dəstək"

"AKİB" – "AKU TGT"

"İqtisat TGT" – "İB Club"

"ATGTİ" – "QDA".