Dünya şöhrətli aktyorun evi yandı

11 İyun 2012 16:17 (UTC+04:00)

Dünya şöhrətli Hollivud aktyoru Robert De Nironun başına iş gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aktyorun çoxmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən evində yanğın hadisəsi baş verib. Yanğınsöndürənlər alovu 30 dəqiqəyə söndürüblər. onlar qonşuluqdakı iki evin də yandığını bildiriblər. Ancaq xəsarət alan yoxdur.


Qeyd edək ki, hadisə zamanı Robert De Niro evdə olmayıb.