TQDK buraxılış imtahanının cavablarını açıqladı

11 İyun 2012 15:11 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də respublikanın bəzi bölgələrində keçirilən buraxılış imtahanlaırnın nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, nəticələr günorta saatlarından etibarən komissiyanın internet saytında yerləşdirilib.


Tam orta təhsil bazasında (11 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:


Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili
(Azərbaycan bölməsi)

Rus dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-16

5-16

5-15

4

17-25

17-24

16-25

5

26-30

25-30

26-30


Ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30