Məşhur aparıcı ad gününü qeyd edir-FOTOSESSİYA

11 İyun 2012 14:03 (UTC+04:00)

Azad Azərbaycan Teleradio Yayım Şirkətinin (ATV) "Son xəbər" departamentinin aparıcılarından olan Samirə Musafayevanın bu gün doğum günüdür. SİA-nın məlumatına görə, teleaparıcını facebook sosial şəbəkəsində olan şəxsi səhifəsində təbrik edənlərin sayı-hesabı yoxdur.


Samirə yaşını açıqlamasa da xoşbəxt olduğunu gizlətmir. Axı onun gözəl ailəsi və uğurlu işi var. Teleaparıcının həyat yoldaşı Vaqif Aydınoğlu da Samirə ilə eyni qurumda çalışır. Vaqif "Son xəbər" departamentinin baş redaktor, həm də aparıcılarındandır. Cütlüyün qız övladı da var.


Biz də Samirə xanımı ad günü münasibəti ilə təbrik edib ona can sağlığı diləyirik.