1,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib

11 İyun 2012 12:36 (UTC+04:00)

Cari ilin may ayında ölkə enerji sistemində 1,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 milyard kilovatsaata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsalı düşür.

Bu barədə "Azərenerji" ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin ötən 5 ayı ərzində isə 9,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. O cümlədən, İES-lərdə 8,5 milyard kilovatsaata yaxın, SES-lərdə isə 1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.