Bakıda Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçiriləcək

11 İyun 2012 12:00 (UTC+04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 12-13 iyun tarixlərində Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, forumda yerli mütəxəssislər ilə yanaşı 10 ölkədən, o cümlədən Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, Ukrayna Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistandan nümayəndələrin iştirakı gözlənilir.


Tədbirin əsas mövzusu - "Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu"dur. Tədbir zamanı mədəniyyətin tədqiqi, habelə beynəlxalq mədəni əlaqələrin yaradılması sahəsində səmərəli fəaliyyətə görə Nazirliyin Diplomları ilə təltif olunma mərasimi də təşkil olunacaq