Azərbaycan Ordusunun iki zabiti minaya düşüb

11 İyun 2012 11:18 (UTC+04:00)

İyunun 10-da Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Goranboy istiqamətində Azərbaycan Ordusunun iki zabiti minaya düşüb. SİA-nın xəbərinə görə, kapitan Verdiyev İlqar Tapdıq oğlu və kapitan Məmmədov Zahir Allahqulu oğlu yaralanaraq hospitala yerləşdiriliblər. İlqar Verdiyevin qolu, Zahir Məmmədovun isə ayağı amputasiya olunub. Hazırda onların vəziyyətlərinin stabil olduğu bildirilir.


Faktı Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.


Qeyd edək ki, İlqar Verdiyev bir müddət əvvələ qədər Müdafiə Nazirliyinin mətbuat xidmətinin zabiti olub.