Yaşar Nurinin son görüntüləri-FOTOSESSİYA

11 İyun 2012 11:15 (UTC+04:00)

Səhhətində ciddi problemlər yaşadığı üçün uzun zamandır Türkiyədə müalicə alan Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli Yaşar Nurinin son görüntüləri yayılıb. SİA-nın məlumatına görə, yeni fotolar Türkiyədə yaşayan azərbaycanlı sənətçi Cahangir Novruzovun facebook səhifəsində yerləşdirilib. Aktyor "40 ilin dostları" adlı albom yaradaraq orada Yaşar Nuri ilə şəkillərini paylaşıb.



"Səhnə dostumun səhhəti yavaş-yavaş düzəlir" kimi statuslar yazan C.Novruzov fürsət tapıb Yaşar Nuru ilə zarafatlar da edib. Cahangir Novruzovun istəyi ilə xalq artisti əlil arabasından belə ayağa qalxıb.


Yayılan şəkillərdən də göründüyü kimi Yaşar Nurinin vəziyyəti yaxşı olsa da dişlərinin töküldüyü aydın bilinir.


Qeyd edək ki, ötən ilin noyabr ayından müalicədə olan xalq artisti bu ayın sonunda vətənə dönəcək.