Son dünya çempionları meydanda sülh bağladılar

11 İyun 2012 09:47 (UTC+04:00)

Futbol üzrə Avropa çempionatının qrup mərhələsində növbəti günün oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, Ukrayna və Polşanın birlikdə təşkilatçılığı ilə baş tutan turnirin üçüncü günündə daha iki qarşılaşma (İspaniya – İtaliya, Xorvatiya – İrlandiya) baş tutub.

Məlumat üçün bildirək ki, gecənin ən çox maraq göstərilən İspaniya – İtaliya matçında komandalar ilk hissəni qolsuz bərabərliklə yekunlaşdırdılar. İkinci hissəyə daha inamla başlayan italyanlar 61-ci dəqiqədə Di Natalenin sayəsində hesabı açdı. Bundan sonra, hücumlarının sayını daha da artıran İspaniya yığması çox keçməmiş cavab qolunu italyanların qapısından keçirib. Belə ki, Sesk Fabregas 64-cü dəqiqədə hesabı bərabərləşdirib.

Qeyd edək ki, qapılar qarşısında yaradılan təhlükəli vəziyyətlərə baxmayaraq qarşılaşma elə bu hesabla da (1:1) başa çatıb.

Günün ikinci oyunu isə tarixində ilk dəfə Avropa çempionatında iştirak hüququ əldə etmiş İrlandiya yığması ilə Xorvatiya arasında keçirilib. Bu oyunda isə, xorvatlar qalib kimi meydanı tərk edib. Belə ki, görüş 3:1 hesabı ilə Xorvatiyanın xeyrinə yekunlaşıb.