Məşhur müğənni özünə toy çaldırdı -FOTO

9 İyun 2012 10:59 (UTC+04:00)

Türkiyənin tanınmış müğənnisi Suat Suna özünə dəbdəbəli toy çaldırdı. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət görüşdüyü sevgilisi Burcu Balkanlı ilə evləndi. Bu müğənninin ikinci evliliyidir.

Qeyd edək ki, toy mərasimi dəbdəbəli məkanların birində baş tutub və gecəyə 400 nəfər qonaq dəvət olunub.