ADU-da yekun sənəd qəbul edildi

9 İyun 2012 10:39 (UTC+04:00)

Azərbaycan Dillər Universitetində (ADU) "Xarici dillərin tədrsinin aktual problemləri " adlı V Respublika elmi-praktik konfransına yekun vurulub. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransın bağlanış mərasimində çıxış edən Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov bölmələrdə maraqlı müzakirələrin getdiyini söyləyib. Əvvəlki konfranslara nisbən bu dəfəki konfransda keyfiyyətin yüksəldiyini bildirən D. Yunusov müzakirələrdə 22 ali məktəb və müxtəlif orta məktəb nümayəndələrinin də fəal iştirak etdiyini qeyd edib.


Sonra konfransın bölmə rəhbərləri – professorlar Bilal İsmayılov, Dilarə İsmayılova, Gülnar Hüzeynzadə, Azad Məmmədov, Ələkbər Qubatov, dosentlər Gülbəniz Camalova, Aytən Bayramova çıxış edərək konfransın uğurlu təşkilinə görə universitet rəhbərliyinə təşəkkür ediblər. Bölmə rəhbərləri iclaslarda edilən çıxışları qənaətbəxş hesab etdiklərini və bölmələrdə aparılan qarşılıqlı fikir mübadilələrini müsbət xarakterizə etdiklərini bildiriblər və xarici dillərin tədrisinin inkişafı baxımından oxşar konfrans və iclasların mütəmadi keçirilməsinin vacibliyindən danışıblar.


Sonda konfransın yekun sənədi qəbul edilib. Bununla da, iyunun 7-8-də ADU-da keçirilən "Xarici dillərin tədrsinin aktual problemləri " adlı V Respublika elmi-praktik konfransı başa çatıb.