Almaniyanın maliyyə naziri: “Avropanın böhrandan çıxmaq üçün rahat yolları yoxdur” - MÜSAHİBƏ

8 İyun 2012 20:35 (UTC+04:00)

Almaniyanın maliyyə naziri Volfqanq Şoyble \"Handelsblatt\" agentliyinə müsahibə verib. Jurnalistlərin kəskin qoyulan suallarına elə o tonda da cavab verən nazir hazırda kədərli anlar yaşayan avronun durumu, Yunanıstanda, İspaniyadakı vəziyyət, Avropanı krizisdən çıxara biləcək yollar və s. barədə bizim oxucular üçün də maraqlı ola biləcək məqamlara toxunub. Müsahibəni çox qısa ixtisarla sizlərə təqdim edirik.


- Cənab nazir, davamlı olaraq söhbətlər gəzir ki, Yunanıstan çox yaxın vaxtda avrozonanı tərk edəcək və artıq Hollandiyanın De La Rue nəşriyyatında yunan dramları çap eləməyə başlayıblar. Bu informasiyanı təsdiq edə bilərsinizmi?


- Bütün bunlar şaiyədir. Tam cəfəngiyyatdır və mənim bu şaiyələri müzakirə etmək həvəsim belə yoxdur


- Deməli siz inanmırsınız ki, Yunanistan yaxın aylarda avrozonadan çıxacaq?


- Belə bir qərarı Yunanıstan özü qəbul etməlidir. Bütün hallarda mənim ürəyimcə deyil ki, maliyyə bazarlarındakı və Yunanıstanın özündəki çox çətin vəziyyətdə bu mövzuda şaiyələr dolaşmaqdadır. Bundan başqa deməliyəm ki, qiyamət gününün yaxında olması barədə danışıqlar heç vaxt təsdiqini tapmayıb.


- Buna baxmayaraq biz artıq bilirik ki, iki əsas proqnoz doğrulmadı. Birincisi sizin elə indi dediyiniz qiyamət günü, ikincisi isə sizin öz proqnozunuz. Siz demişdiniz ki, Avropa Maliyyə Stabilliyi Fondu alman vergi ödəyicisinə heç vaxt 210 milyard avrodan baha başa gəlməyəcək.


- Niyə ki? Biz həmişə demişik ki, bu fond özündə 440 milyard avro cəmləyəcək və bunun 210 milyardına Almaniya zəmanət verir. Və onu da demişik ki, müvvəqəti xarakter daşıyan bu fondun yerinə uzunmüddətli bir maliyyə strukturu gəlməlidir. Güman edirəm yadınızda olar, mən o vaxt demişdim ki, bizə hansısa bir valyuta fondu lazımdır və maliyə stabilliyi fondu əslində elə buna bənzər bir şey deməkdir. Hansı ki, vaxtı ilə bu sozlər çoxlarını şoka salmışdı.


- Amma razılaşın ki, daimi fəliyyət göstərən ESM (Avropa Stabillik Mexanizmi) və dayanmadan kreditlər paylayan EFSF (Avropa Maliyyə Stabilliyi Fondu) getdikcə alman vergi ödəyicisinə daha baha başa gəlməyə başlayır. Hazırda bu rəqəm 280 milyarda çatıb.


- Mən axı sizə indicə izah elədim, EFSF və ESM ayrıca işləyən strukturlardır.


- Axı niyə siz açıq etiraf etməyə qorxursuz ki, avronu xilas etmek yollarının qiyməti getdikcə artır? Siz demişdiz axı, 210 milyard son həddir, amma indi məlum olur ki, son hədd deyilmiş. Bəyəm bu vergi ödəyicisini aldatmaq deyil?


- Bilirsiz, yaxşı olar ki, siz sual verməkdənsə şərhlər verəsiniz. Bu daha yaxşı alınar. Təkrar edirem, paralel fəaliyyət dövründə hər iki fond üçün xərclərin son həddi mövcuddur. Bu fərdi fəaliyyətin keçid dövrü isə ilin sonunadək davam edəcək.


- Bizim ümumi valyutamız var, amma, siyasi birliyimiz yoxdur. Bu strukturda buraxılan bir səhvdir?


- Biz həmişə bilmişik ki, vahid valyuta layihəsi çox çətin bir işdir. Valyuta dövlət anlayışı deməkdir. Bizdə həqiqətən də çoxlu sayda problem mövcuddur, amma, onlardan çoxu ümumi valyuta olmadan belə yaranacaqdı. Məsələ bundadır ki, texniki-tərəqqi inqilab, qloballaşma fonunda dünya tamamilə dəyişib. 2008 ildən başlayan ağır krizis də avronu çətin sınaq qarşısında qoyub.


- Bəli. Ona görə ki, avro çox tələsik və sanballı partnyorları olmadan yaradıldı...


- Amma, böhranın yaranma səbəbi avro deyil. Əksinə, bu günə qədər krizislə mübarizəni AB-nin və ümumavropa valyutası hesabına apara bilmişik.


- Buna baxmayaraq böhran xəstəliyi Yunanıstandan indi də İspaniyaya keçdi...


- Böhran üçün sığortalanmış resept mövcud deyil, amma, İspaniya hökuməti düzgün qərarlar qəbul etməkdədir. O ki, qaldı Yunanıstana, şübhəsiz ki, yunan xalqı əziyyət çəkir. Amma, bütün qəbul edilən tədbirlərə baxmayaraq çətin böhran dövründə bu qaçılmazdır. Bu vəziyyətdən rahat çıxış yolu yoxdur və ədalət də bu halda heç də həmişə qələbə çalmır.


- İspaniyanı və elə bütün Avropanı Yunan virusundan xilas etmək üçün neyləmək lazımdır?


- Təəssüf ki, siz haqlısınız. Əgər xəstəliyi yalnız müvəqqəti azaldarsansa, kökünü tamamilə kəsməzsənsə, o yenidən kəskinləşəcək. İspanların düzgün qərarlar qəbul etmələrinə baxmayaraq yunanıstandan "yoluxandan" sonra onlar bazar iqtisadiyyatının inamsızlığı ilə üzləşiblər. Bunun qarşısı alınmalıdır.


- Demək asandır, amma, bunu necə eləmək olar?


- Qarşılıqlı inam və etibarın hesabına. Daimi olaraq büdcədə yeni boşluqların yaranması ilə bağlı şaiyələr yolverilməzdir. Avrozona ilə bağlı bizim ümumi qəbul etdiyimiz qərarlar dəqiqliklə yerinə yetirilməlidir. Və yalnız ilk baxışdan cəlbedici görünən reseptlərdən uzaq olmaq lazımdır.


- Başa düşdüyümüzə görə Siz konkret olaraq bugünkü gün avrobandların (uzunmüddətli qiymətli kagızlar) əleyhinəsiz, amma, onların tətbiq olunması nə vaxtsa mümkündür?


- Xahiş edirəm bu qədər bəsitlədirməyəsiz. Borcları ümumi olaraq aradan qaldırmaq üçün ümumi vergi sistemi olmalıdır. Bu sadəcə növbəti addımdır və fövqəladə təcili deyil.


- Razılaşın ki, iqtisadiyyatı sağlamlaşdırmadan, o ölkələrə heç bir xilasedici cətir kömək etməyəcək. Bəlkə Avropa, başda Almaniya olmaqla bu ölkələri hər şeydə qənaətə məcbur etməklə onları bu şansdan məhrum edir?


- Heş kim mübahisə etmir ki, davamlı artım mütləqdir. Amma siz buna belə yüksək və artan dövlət borcları ilə gedə bilməzsiniz. Davamlı iqtisadi artım yalnız rəqabətədavamlı iqtisadiyyat halında mümkündür.


- Amma siz maashları və təqaüdləri azaltmağı tələb etməklə həm də alıcılıq potensialını aşağı salmış olursunuz, üstəlik bunu elə bir miqyasda edirsiniz ki, bütün Cənubi Avropada həyat səviyyəsi durmadan aşağı düşür.


- Siz yaxşı olardı Baltika ölkələrinə nəzər salardız. Orda daha kəskin büdcə ixtisarları həyata keçirildi. Və onlar bu dəhşətli xəstəlikdən xilas oldular.


- Bütün hallarda siz təkid edirsiniz ki, xərclərin azaldılması birinci şərtdir?


- Siz yenə də hər şeyi bəsitləşdirirsiniz. Sizə artıq neçənci dəfədir ki, təkrar edirəm: bu şərt qətiyyən davamlı iqtisadi artıma mane olmur. Bütün istehsal inkişafına malik olan dövlətlər "İyirmiliyin" Toronto sammitində büdcə xərclərini 2013-cü ilə qədər iki dəfə azaltmaq öhdəliyi götürüblər. Prizident Barak Obama da o cümlədən. Kannda bu bir daha təsdiqləndi. Danışıqlara riayyət etmedən Avropanı bürüyən problemlərdən necə can qurtarmaq olar?


\"Handelsblatt\"-a istinadən hazırladı:


Şahin Abasov,

SİA-nın Almaniyadakı xüsusi müxbiri