DİN: “Şəki rayonunda 164 min çətənə kolu məhv edilib”

8 İyun 2012 19:48 (UTC+04:00)
Şəki Rayon Polis Şöbəsinin əməkdaşları Öyrət kəndində yabanı halda bitmiş ümumi çəkisi 16 ton 400 kiloqram olan 164 min çətənə kolunu yığaraq məhv edilib. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, faktla bağlı araşdırmalar aparılır.