\"Avro 2012\"nin ilk nəticələrini Nar Mobile deyəcək

8 İyun 2012 17:15 (UTC+04:00)

Nar Mobile öz abunəçilərini yenidən sevindirir. Şirkətdən SİA-ya verilən məlumata görə, mobil operator "EURO 2012\" futbol üzrə Avropa Çempionatı oyunlarının nəticələri haqda abunəçilərini SMS ilə xəbərdar edəcək. Şirkət qarşıdan gələn "EURO 2012" futbol üzrə Avropa Çempionatı çərçivəsində keçiriləcək bütün oyunların nəticələri haqda abunəçilərini oyunlar bitdikən dərhal sonra məlumatlandıracaq. Belə ki, futbol sevərlər adıçəkilən xidməti aktivləşdirdikdən sonra oyunların nəticələri haqda hər oyun bitdikdən 3 dəqiqə sonra, SMS vasitəsilə xəbərdar olunacaqlar. Xidməti aktivləşdirmək üçün ON EURO yazıb 2012 nömrəsinə SMS göndərmək lazımdır.

Azərbaycanda və Nar Mobile abunəçiləri arasında futbol üzrə Avropa Çempionatını çox adam səbirsizliklə gözləyir. Hər zaman abunəçilərinin maraqlarını nəzərə alan Nar Mobile da bu futbol bayramı zamanı abunəçilərini narahatlığı üçün bu xidməti təqdim edir.


Qeyd edək ki, \"Euro Cup 2012\" xidmətinin aktivləşdirmə haqqı 1 AZN-dir və xidmət çərçivəsində daxil olan bütün mesajlar pulsuzdur.