AŞPA həmməruzəçiləri Bakıya gəlir

8 İyun 2012 15:21 (UTC+04:00)
İyunun 12-14-də AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt ölkəmizdə səfərdə olacaqlar. AŞPA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycanın AŞPA qarşısında ədalət məhkəməsi, dözümlülük, yerli və regional demokratiyalarla bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini dəyərləndirməkdir. Həmməruzəçilər Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Quba rayonunda dini icmaların və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.