Bakıda ər qeyri-rəsmi arvadını yandırdı

8 İyun 2012 14:35 (UTC+04:00)
Bakı şəhər sakini qeyri-rəsmi nikah münasibətlərində olduğu qadının üzərinə benzin tökərək yandırıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 7-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Ağahüseyn Dadaşov \"VAZ-21015\" markalı avtomaşınında, qeyri-rəsmi nikah münasibətlərində olduğu Lənkəran rayon sakini İlhamə Xudayarovanın üzərinə benzin tökərək yandırıb. İ. Xudayarova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. A. Dadaşov Xəzər rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.