Azərbaycanlı prodüser: “Arxamca danışmayın!”

8 İyun 2012 14:32 (UTC+04:00)

Azərbaycanın tanınmış prodüseri Təranə Səmədova onun haqda pis fikirdə olan insanlara ismarıc göndərib. Heç kimlə düşmənçilik etmək niyyətində olmadığını dilə gətirib: "Bəzi qalmaqallarda adımın çəkilməsinə baxmayaraq mənim heç vaxt kiminləsə düşmənçilik etmək fikrim olmayıb. Sadəcə olaraq mənə olunan haqsızlıqlara göz yummamışam. Ancaq bəzi məqamlar da olub ki, ünvanıma deyilən xoşagəlməz sözlərə fikir verməmişəm. Lakin bu o demək deyil ki, onlar məni əzib keçməlidirlər. Heç kəsin arxasınca danışmağı da sevmirəm. Şou-biznes nümayəndələrindən fərqli olaraq kiməsə nəsə demək istəyəndə də üzlərinə deyirəm. Odur ki, mənə sözü olub, ancaq üzümə deyə bilməyən insanlara demək istərdim ki, arxamca danışmayın!",-deyə Təranə fikirlərini tamamlayıb.