Azad Rəhimov: “Ümid edirəm ki, dünya çempionatına ev sahibliyini biz edəcəyik”- Açıqlama

8 İyun 2012 14:23 (UTC+04:00)

Bu gün Gənclər Fondunun təqdimat mərasimi baş tutub. Siasport.az saytının məlumatına görə, tədbirdə iştirak edən gənclər və idman naziri Azad Rəhimov 2020-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı haqda açıqlama verib: \"Cari ilin iyun ayının 30-da UEFA-nın təşkil edəcəyi toplantıda 2020-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək dövlətlərin adları məlum olacaq. Mən ümid edirəm ki, bu ölkə biz olacağıq".

Məlumat üçün bildirək ki, nazir dünya çempionatının keçirilməsi üçün ev sahibliyi etmək üçün sifariş ərizələrinin verilməsinə də münasibət bildirib: \"Hazırda dünya çempionatının ölkəmizdə keçirilməsi üçün sifariş ərizəsini təqdim etmişik. Qeyd edim ki, Azərbaycanla Gürcüstanın birlikdə sifarişindən başqa Şotlandiya, o cümlədən Uels və İrlandiya da birgə sifarişlərini təqdim edib. Hazırda Bolqarıstan və Rumıniyanın da sifariş ərizələrini göndərməsi gözləniləndir".