Elza Seyidcahan səhnəylə vidalaşır?

8 İyun 2012 12:15 (UTC+04:00)

Azərbaycanın əməkdar artisti Elza Seyidcahan yeni layihələrindən və gələcəkdə görmək istədiyi işlərindən danışıb. İfaçılıqla yanaşı bəstəkarlıqla məşğul olan xanım müğənni sənətdən nə vaxt gedəcəyi haqda da məlumat verib. SİA-ya açıqlama verən Elza xanım bunları deyib: "Hər zamankı kimi yeni layihələr üzərində çalışıram. Bildiyinizə görə, bu yaxınlarda solo konsertlə dinləyicilərin qarşısına çıxmışdım. Ancaq yenə də layihələrim olacaq. Yəni bu o deməkdir ki, hələ məni çox görəcəksiniz və tamaşaçılarımı sevindirəcəyəm. Ola bilsin ki, nə vaxtsa ifaçılıqdan əl çəkim. Ancaq ömrümün sonunadək bəstəkarlıq edəcəyəm",-deyə Elza Seyidcahan əlavə edib.