Brus Uillislə Demi Murun qızı həbs olundu

8 İyun 2012 10:45 (UTC+04:00)

Məşhur kino ulduzları Demi Mur və Brus Uillisin 20 yaşlı qızı Skout Uillis ictimai yerdə spirtli içki içdiyinə və polisə saxta şəxsiyyət təqdim etdiyinə görə həbs olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir gün sonra sərbəst qalan Skout Uillis iyul ayının 31-də Manhattanda məhkəməyə çıxacaq.

Xatırladaq ki, ABŞ-da 21 yaşından kiçiklərin ictimai yerlərdə spirtli içki qəbul etmələri qadağandır.