Ermənistan Ordusunun bölmələri iyunun 5-də saat 18.00-dan iyunun 6-sı səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozub. Atışmalar intensiv xarakter daşımasına baxmayaraq Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.