ŞOK!!! - Azərbaycan səmasında qeyri-adi hadisə

7 İyun 2012 23:22 (UTC+04:00)

Paytaxtın Dənizkənarı Milli Parkında insanlar maraqlı halla qarşılaşıb. Belə ki, bu gün axşam saatlarında dəniz səmasında uçan boşqab (UNO) görünüb. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qeyri-adı UNO iki dəqiqə ərzində səmada ətrafa işıq saçıb. Sonra işıq surətilə hərəkət edərək yoxa çıxıb. Bulvarda olan insanların hər biri bunu sadə şəkldə görə və ya şəklini çəkə biliblər.

Bundan əlavə, analoji hal Bərdə rayon səmasinda da qeydə alınıb. Qısa zamanda UNO Bərdə səmasında \"nida işarəsi\" qoyaraq yoxa çıxıb.


SİA-nın şimal bürosunun əməkdaşı oxşar hadisənin Quba-Xaçmaz bölgəsində də baş verdiyini xəbər verib. Xəbərdə bildirilir ki, naməlun obyekt Nabran istiqamətindən Böyük Qafqaz dağlarına tərəf istiqamət götürüb. Ətraf rayonların əhalisi 15 dəqiqə ərzində naməlum obyekti səmada izləyə biliblər. Hətta işıq saçaraq dairəvi forma yaradan obyektin fotoaparata və videokameralara da köçürə biliblər. Amma sonradan məlum olub ki, nə şəkillər, nə də videolar qeydə alınmayıb.

UNO buludların arasına girib, sonra isə şimaldan qara buludlar soyuq küləklərin müşaiyəti ilə cənuba doğru hərəkət edib.