Şimon Peres: \"İsrail Azərbaycanın dostluğunu yüksək qiymətləndirir\"

7 İyun 2012 18:50 (UTC+04:00)

\"İsrail Azərbaycanın dostluğunu yüksək qiymətləndirir\". Bunu İsrail prezidenti Şimon Peres Azərbaycan Respublikasının diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovu qəbul edərkən deyib.

İsrail mediası xəbər verir ki, İsrailə \"İsrail-Azərbaycan\" Beynəlxalq Assosiasiyasının II qurultayında iştirak üçün səfər edən N.İbrahimov Ş.Pereslə görüşündə ona əldə toxunmuş Azərbaycan xalçasını hədiyyə edib.


Qeyd edək ki, sözügedən qurultay İsrailin paytaxtı Tel-Əvivdə keçirilir və tədbirə ölkənin xarici işlər naziri Aviqdor Liberman başda olmaqla bir sıra rəsmi şəxslər də qatılıblar.