“Sumqayıt” daha bir futbolçunu heyətinə daxil edib

7 İyun 2012 17:28 (UTC+04:00)
"Sumqayıt" Futbol Klubu növbəti transferini reallaşdırıb. Siasport.az saytının klubun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, milli komandanın üzvü, son mövsüm "Neftçi"nin heyətində mübarizə aparan Fərid Quliyevlə iki illik müqavilə imzalanıb.

Məlumat üçün bildirək ki, Fərid Quliyev "Sumqayıt"da 86 nömrəli futbol geyimində çıxış edəcək.

Qeyd edək ki, "Bakı"da (26 oyun, 2 qol) başlayan Fərid Quliyev "Muğan" (13 oyun, 4 qol), "Standard" (28 oyun, 16 qol) və "Neftçi"nin (19 oyun, 4 qol) şərəfini qoruyub. O, həmçinin 5 dəfə Azərbaycan yığmasının formasını geyinib və rəqib qapılarından 1 top keçirib.