Əcnəbi futbolçular Azərbaycana gəlir

7 İyun 2012 15:22 (UTC+04:00)
İyunun 11-dən 16-a qədər AZAL komandasının Şüvəlandakı bazasında seleksiya xarakterli toplanış keçiriləcək. Siasport.az saytının məlumatına görə, toplanışda həm yerli, həm də əcnəbi futbolçular iştirak edəcək. Belə ki, toplanış 5 gün ərzində davam edəcək.

Məlumat üçün bildirək ki, seleksiya xarakterli toplantıda baş məşqçinin etimadını qazanacaq futbolçular əsas komanda ilə birgə məşqlərə başlayacaq.