27 ölkənin nəqliyyat nazirlikərinin rəsmiləri Bakıda toplaşıb

7 İyun 2012 11:10 (UTC+04:00)

İyunun 5-8-i tarixində Bakıda keçirilən Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) Nazirlər Müşavirəsinin 40-cı sessiyası çərçivəsində bu gün təşkilatın Nazirlər Müşavirəsi üzvlərinin iştirakı ilə plenar iclas öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri, mərkəzi dövlət orqanları və DYƏT-in üzvləri iştirak edir. DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın iştirakı nəzərdə tutulur.