Cəbhədə vəziyyət gərgin olaraq qalır

7 İyun 2012 10:40 (UTC+04:00)

Ermənistanın Ordusunun bölmələri iyunun 6-sı saat 08.00-dan bu gün səhərədək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozub. Atışmalar intensiv xarakter alıb və daha çox Qazax, Füzuli, Gədəbəy, Tovuz, Tərtər, Ağdam, Goranboy, Xocavənd, Cəbrayıl, Ağstafa istiqamətlərində qeydə alınıb.

Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.