Şekspirin teatrının qalıqları tapıldı

7 İyun 2012 10:31 (UTC+04:00)

Dünyaca məşhur ingilis şairi və yazıçısı Uilyam Şekspirin önəmli əsərlərini səhnələşdirdiyi \"Kurteyn Teatrı\"nın qalıqları tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, London Arxeoloji Muzeyinin (MOLA) işçiləri tərəfindən aparılan qazıntı işləri nəticəsində tapılan teatr, Şeksprin \"Romeo və Culyetta\", \"V Henrix\" və bu kimi əsərlərin ilk dəfə səhnələşdirildiyi yer olaraq mühüm əhəmiyyət daşıyır.


1577-1599-cu illərdə istifadə edilən teatrın divar kağızlarına rast gəlinib. Teatrın qalıqlarının aşkar edilməsi üçün qazıntı işləri bundan sonra da davam etdiriləcək.