Türkiyə təmas xəttində baş verən insidentdən narahatdır

7 İyun 2012 10:07 (UTC+04:00)
Türkiyə təmas xəttində baş verən insidentdən narahatdır. SİA-nın xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş torpaqlarındakı qoşunların təmas xəttində atəşkəsin pozulması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: \"Türkiyə insan tələfatı ilə nəticələnmiş bu hadisələri təşviş və üzüntü hissi ilə izləyir.Qoşunların təmas xəttindəki son gərginlik Dağlıq Qarabağ probleminin həll olunmamasının yaradacağı ciddi nəticələri bir daha meydana çıxarıb. Bölgədə həssas və kövrək balans zəminində olan hazırkı vəziyyətin heç bir tərəfin mənafeyinə uyğun olmadığı, sadəcə yaraların dərinləşməsinə səbəb olduğu vurğulanan bəyanatda deyilir ki, Ankara Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş addımlar atmaqla bağlı müraciətini bir daha bəyan edir.Türkiyə bu çərçivədə bölgədə tam normallaşma səylərini qətiyyətlə davam etdirəcək\".