\"Topaz\" canlanır- Foto

6 İyun 2012 17:02 (UTC+04:00)
Azərbaycanın ilk qanuni mərc oyunu olan Topaz bu gün keçirdiyi mətbuat konfransında "Canlı Topaz" oyununu təqdim edib. SİA-nın məlumatına görə, konfransda iştirak edən AzərİdmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov "Canlı Topaz"-ın əhəmiyyətindən danışıb: "Bu gün Topaz böyük inkişaf templərini nümayiş etdirməktədir və "Canlı Topaz"ın oyunçulara təqdim olunması bu inkişafın daha da sürətlənməsinə səbəb olacaq. Topaz inkişaf etdikcə Azərbaycan İdman sahəsində qoyulan investisiyalar da bir o qədər də artacaq".

Bundan başqa oyunlara qoyulacaq mərc haqqında da danışan Azər Məhərrəmov qeyd edib ki, mərc 3 istiqamətdə olacaq. Birinci 90 dəqiqə ərzində meydanda hesabın təxmin olunması, ikinci oyunda vurulan ilk topdan neçə dəqiqə sonra növbəti qolun vurulması, üçüncüsü isə oyun ərzində baş verəcək hadisələrin proqnozlaşdırılmasıdır.

Məlumat üçün bildirək ki, mətbuat konfransında xüsusi qonaq kimi iştirak edən Türkiyənin tanınmış keçmiş futbolçusu, eyni zamanda icmalçısı Səlçuq Yula Azərbaycana gəlişindən çox məmnun olduğunu dilə gətirib: \"Azərbaycan sürətli inkişafı göz önündədir. Əlbəttə ki, bu inkişaf özünü idman sahəsində də əks etdirir. İdmana, xüsusən də futbola dövlət səviyyəsində xüsusi dəstək verilir. Azərbaycanda bundan sonra tez-tez olacağıq. Buna görə çox məmnunam. Topaz isə idman sahəsinin daha da inkişaf etdirilməsində əvəzsiz rola malikdir".

Bundan sonra isə, Selçuk Yula haqqında videoçarx nümayiş olunub. Daha sonra isə Azər Məhərrəmov və Selçuk Yula jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir və öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.